Modern.az

Lavrov Səudiyyəyə səfər etdi

Lavrov Səudiyyəyə səfər etdi

Dünya

8 Sentyabr 2024, 20:32

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Səfər çərçivəsində Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoqu çərçivəsində nazirlərin birgə iclasında iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

 

Əməkdaşlıq Şurası altı ölkəni - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanını birləşdirən regional beynəlxalq təşkilatdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir