Bu yeni tədris ilini əvvəlki illərdən fərqləndirən istiqamətlərdən biri də ondan ibarətdir ki, biz yeni tədris ilindən artıq Şuşada, Xankəndidə, Xocalıda, Kərkicahan qəsəbəsində də yeni məktəblərin açılışı ilə tədrisə başlayacağıq.
Modern.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
"Şuşada 200-ə, Xankəndidə isə 300-ə yaxın şagird artıq məktəblərə qəbul olunub və şagirdlər yeni tədris ilindən burada təhsil ala biləcəklər", - deyə agentlik direktoru əlavə edib.