Modern.az

"Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik"

"Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik"

Hadisə

8 Sentyabr 2024, 23:44

Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyət barədə danışıb:

 

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib yığma çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna, hücumlar yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır".

 

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB