Modern.az

Üzüm satanlar qiymətlərdən NARAZIDIRLAR

Üzüm satanlar qiymətlərdən NARAZIDIRLAR

İqtisadiyyat

9 Sentyabr 2024, 09:35

Təsərrüfat sahibləri bağdan üzümü yığıb yol kənarında satış edirlər.

 

Modern.az "Xəzər TV"yə istinadən xəbər verir ki, qiymətlər üzümün növünə və görkəminə görə dəyişir.

 

Təsərrüfat sahibləri üzümün topdan satışını kiloqramını 80-90 qəpikdən, səyyar satışda isə 1-1.50 manatdan təklif edirlər.

 

Bu satış qiymətləri də təsərrüfat sahiblərini qane etmir. Əksər üzüm bağı sahibləri məhsullarını alverçilərə satırlar.

 

Hazırda satış məntəqələrində süfrə üzümləri satılır. Texniki növ üzümlər yetişdikdə qiymətlərin ucuzlaşması gözlənilir.

 

Ətraflı süjetdə:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI