Modern.az

İlham Süleymanov Ağstafada vətəndaşlarla görüşəcək

İlham Süleymanov Ağstafada vətəndaşlarla görüşəcək

Aktual

9 Sentyabr 2024, 10:54

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov sentyabrın 13-də, saat 10:00-da Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2658878) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı