“Gülər Əhmədovaya hansı əsasla hökm oxunması məlum deyil”. Bunu Modern.az-a Gülər Əhmədovanın vəkili Əfsər Talıbov deyib. O bildirib ki, məhkəmənin hansı sübutlara əsaslanaraq sabiq millət vəkilinə hökm oxuması məlum deyil.
“Hökm mənim əlimdə deyil. Ona görə də Gülər Əhmədovanın hansı sübutla həbs edilməsi müəmmalı qalır. Düzdür, hakim hökm oxuyanda onun 178.3.2, 307.1 ittihamlar təsdiq olundu. Amma hansı sübutlarla təsdiq olunur, bunu demədilər. Odur ki, Gülər Əhmədovanın hansı səbəbə görə tutulması qaranlıq qalır”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış universitetin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanan, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilən bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilmişdi. Sabiq millət vəkili Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilən G.Əhmədova dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Əlisultan Osmanov tərəfindən 3 il iş kəsib.
Gültəkin ƏLƏSGƏR