Modern.az

Ermənistanda sabiq nazir korrupsiya cinayətlərində təqsirli bilinib

Ermənistanda sabiq nazir korrupsiya cinayətlərində təqsirli bilinib

Dünya

9 Sentyabr 2024, 14:44

Ermənistanın sabiq fövqəladə hallar naziri keçmiş Andranik Piloyan Korrupsiyaya Qarşı Məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaq və dələduzluqda təqsirli bilinib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir 2022-ci il martın 31-də “korrupsiya” ittihamı ilə həbs edilib.

 

İstintaqın məlumatına görə, o, qanunsuz əməllərinə görə şirkətlərdən rüşvət alıb və nazirlikdəki vəzifələri satıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir