Modern.az

Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

9 Sentyabr 2024, 14:52

Azərbaycanda ötən il 494 nəfər 14-17 yaşında olan uşaq cinayət törədib.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, onlardan 310 nəfəri məhkum olunub.

 

Cinayət törədən uşaqların sayında artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 388 uşaq, 2022-ci ildə isə 433 uşaq cinayət törədib.

 

Ötən il cinayət törədən şəxslərin 2 faizini 14-17 yaşlı uşaqlar təşkil edib. 

 

Uşaqlar əsasən qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, oğurluq, zorlama və zorlamaya cəhdə görə məhkum edilib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək