Modern.az

Litvada kütləvi evakuasiya PLANI

Litvada kütləvi evakuasiya PLANI

Dünya

9 Sentyabr 2024, 15:44

Oktyabr ayına qədər Litvada kütləvi evakuasiya planı hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bunu Litvanın daxili işlər naziri Aqnes Bilotaiti elan edib.

 

"Milli miqyaslı bir plana ehtiyacımız var", - o əlavə edib.

 

Nazir əhalinin təhlükəsizliyinin kiberhücumlar və hibrid təhdidlər səbəbindən prioritet olduğunu vurğulayıb.

 

"Bu gün mülki müdafiə həmişəkindən daha aktualdır. Ukraynaya qarşı müharibə davam edir və təxribat bizim yeni reallığımızdır", - nazir vurğulayıb.

 

Latviya və Estoniya, həmçinin mülki müdafiənin gücləndirilməsi, sığınacaq və əhalinin xəbərdarlıq sistemlərini inkişaf etdirməsi üzərində işləyirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı