Modern.az

Sülh müqaviləsi ilə bağlı danışıqlar Astanada keçirilə bilər

Sülh müqaviləsi ilə bağlı danışıqlar Astanada keçirilə bilər

Ölkə

9 Sentyabr 2024, 16:12

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

 

Modern.az xəbərinə görə, bu barədə sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

 

Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

 

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza