Modern.az

Almaniya xəstəxanalarında vəsait çatışmazlığı

Almaniya xəstəxanalarında vəsait çatışmazlığı

Dünya

9 Sentyabr 2024, 17:24

Almaniyanın xəstəxanalarında vəsait çatışmır.

 

Modern.az xəbər verir ki, bunu Alman Xəstəxanalar Cəmiyyətinin idarə heyətinin sədri Gerald Gass "Augsburger Allgemeine" qəzetinə müsahibəsində deyib:

 

"Hər ikinci klinika xərclərin azaldılması tədbirlərini sərtləşdirməyə məcburdur".

 

O, Almaniyanın səhiyyə naziri Karl Lauterbaxı xəstəxanalara tibbi sığorta ödənişlərini kəskin artan inflyasiyaya uyğunlaşdırmağa çağırıb.

 

Gassın sözlərinə görə, bu il Almaniyada klinikalar 6 milyard avro kəsir proqnozlaşdırırlar, çünki inflyasiyanın kəskin yüksəlməsindən sonra onlar hər il orta hesabla 3% itiriblər.

 

"Mövcud vəziyyət xəstələrin qayğısına getdikcə daha çox mənfi təsir göstərirsə, siyasətçilər nəhayət müdaxilə etməsələr, digər ölkələrdə olduğu kimi Almaniyada da tibb xəstələr üçün gözləmə siyahısı ilə görünəcək", - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir