Modern.az

Naxçıvanda ağır qəza - 3 yaralı

Naxçıvanda ağır qəza - 3 yaralı

9 Sentyabr 2024, 19:23

Naxçıvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Nehrəm yolunda baş verib.

 

"Mercedes" markalı avtomobillə "QAZel" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəlludlu Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar.

 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB