Modern.az

Xudatda 7 yaşlı qız döyüldü - Dövlət qurumları hərəkətə keçdi 

Xudatda 7 yaşlı qız döyüldü - Dövlət qurumları hərəkətə keçdi 

10 Sentyabr 2024, 00:03

Xudatda zorakılıq göstərilən azyaşlı ilə bağlı rəsmi qurumlar hərəkətə keçib.

 

Modern.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, anası tərəfindən döyülən azyaşlı nəzarətə götürülüb.

 

"Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - qurum rəsmisi əlavə edib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Dərhal bu barədə tibbi ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.

 

***

20:34

Xudat şəhərində azyaşlı döyülüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

 

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

 

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyəti kafi qiymətləndirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB