Yüksel Değercan TRT-nin Xarici Yayımlar Departamentinə sədr müavini təyin edildikdən sonra TRT Bakı təmsilcisi vəzifəsinə Əmrah Timuçin Yazıçı təyin edilib.
TRT Bakı təmsilçiliyindən Modern.az saytına verilən məlumata görə, Əmrah Timuçin Yazıcı iki ildir bu qurumda müxbir olaraq fəaliyyət göstərir.
İki il müddətində ölkəmizin bölgələrində çəkilişlər aparan Əmrah Timuçin Yazıcı, bir çox xəbərlər və proqramlar hazırlayıb.
“Mən özümü xarici ölkədəki kimi hiss etmirəm. Azərbaycan mənim iki vətənimdən biridir” deyən TRT Bakı Təmsilciliyinin gənc numayəndəsi “Türkiyə və Azərbaycan arasında media sahəsində mövcud olan əlaqələrin inkişaf edərək daha da yüksələcəyini söyləyib.
Ə.T.Yazıcı ailəlidir. Bir övlad sahibi olan yeni təmsilçinin qızı da bu il Bakıda dünyaya gəlib.
Modern.az