Modern.az

Millimiz bu gün Serbiyanı qəbul edəcək

Millimiz bu gün Serbiyanı qəbul edəcək

İdman

10 Sentyabr 2024, 09:09

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.

 

"Dalğa Arena"da gerçəkləşəcək matç saat 19:00-da start götürəcək. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu - altıncı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu