Modern.az

Metroda qatar xarab oldu - Tıxac yarandı

Metroda qatar xarab oldu - Tıxac yarandı

10 Sentyabr 2024, 09:24

"Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb. Bunun nəticəsində "Yaşıl" və "Qırmızı" xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

 

Bakı Metropolitenindən Modern.az-a verilən məlumata görə, həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB