Modern.az

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

10 Sentyabr 2024, 09:20

Sabunçuda 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, "DAEWOO" markalı sərnişin avtobusu "Bakıxanov Ticarət Mərkəzi"nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Xudiyev Elmidar Kazım oğlunu ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza