Modern.az

Gürcüstanda yetkinlik yaşına çatmayan cinayətkarlar - STATİSTİKA

Gürcüstanda yetkinlik yaşına çatmayan cinayətkarlar - STATİSTİKA

Dünya

10 Sentyabr 2024, 10:12

Gürcüstanda yetkinlik yaşına çatmayan cinayətkarlar və qurbanlar haqqında ən son məlumatlar açıqlanıb.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Milli Statistika Xidməti (Sakstat) açıqlayıb.

 

Belə ki, yanvarın 1-dən avqustun 1-dək 354 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 18-i artıq şərti cəza çəkir.

 

18 yaşadək 877 nəfər cinayət törədib ki, onlardan 403 nəfər məişət zorakılığı, 128 nəfər seksual xarakterli cinayətlər, 131 nəfər hədə-qorxu təşkil edir.

 

Yetkinlik yaşına çatmayanlar tərəfindən ən çox törədilən cinayətlər oğurluq, sağlamlığa zərər vurma, quldurluq, zorakılıqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir