Modern.az

Əhmədian Rusiyaya getdi - Zəngəzur dəhlizi müzakirə ediləcək

Əhmədian Rusiyaya getdi - Zəngəzur dəhlizi müzakirə ediləcək

Dünya

10 Sentyabr 2024, 10:20

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfər edib.

 

Modern.az-ın IRNA-ya istinadən verdiyi məlumata görə, o, BRİKS ölkələrinin yüksək təhlükəsizlik rəsmilərinin iclasında iştirak edəcək.

 

BRİKS ölkələrinin, o cümlədən Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Efiopiya və Səudiyyə Ərəbistanının yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşü sentyabrın 20-22-də Sankt-Peterburqda baş tutacaq. İclasda Vyetnam, Venesuela, Özbəkistan, Nikaraqua, Kuba, Azərbaycan, Bəhreyn, Banqladeş, Şri-Lanka, Mavritaniya və Laos nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

 

Əhmədianın həmkarları ilə ayrı-ayrılıqda görüşləri olacaq. Onun ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir