Modern.az

Şoyqu şərt irəli sürdü: Ukrayna qoşunları ərazimizdən çıxarılmayana qədər...

Şoyqu şərt irəli sürdü: Ukrayna qoşunları ərazimizdən çıxarılmayana qədər...

10 Sentyabr 2024, 10:54

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq.

Modern.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Biz onları [Ukrayna Silahlı Qüvvələrini] öz ərazimizdən çıxarmayana qədər, təbii ki, heç bir danışıqlar aparmayacağıq”, - o bildirib.

Şoyqu həmçinin Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-də nüvə terroru həyata keçirmək istəyini terrorizmin ən yüksək səviyyəsi adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi