Modern.az

Ağ Ev Konqresə məxfi hesabat təqdim edib - Ukrayna məsələsi...

Ağ Ev Konqresə məxfi hesabat təqdim edib - Ukrayna məsələsi...

Dünya

10 Sentyabr 2024, 11:02

Ağ Ev Konqresə Ukraynadakı müharibə ilə bağlı strategiyasına dair məxfi hesabat təqdim edib.

 

Modern.az xəbər verir ki, bunu "Reuters" yazıb.

 

Agentlik yazır ki, Co Bayden administrasiyası Konqresə Rusiya-Ukrayna müharibəsi ilə bağlı strategiyası ilə əlaqədar məxfi hesabat təqdim edib. İyun ayında təqdim edilməli olan sənəd Ukraynaya 60 milyard dollar yardım nəzərdə tutan qanun layihəsinə daxil edilib. Lakin əhəmiyyətli gecikmə bəzi respublikaçıları məyus edib.

 

"Biz Bayden-Harris administrasiyasından Birləşmiş Ştatlar və müttəfiqlərinin Ukraynaya qalib gəlməsinə necə kömək edə biləcəyi ilə bağlı strategiya təqdim etməsini xahiş etdik. Onlar sorğuya cavab verməyəndə qanuna strategiya təqdim etmək tələbini yazdıq", - Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri, Respublikaçı senator Cim Riş bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir