Modern.az

Keşiş Baqrat siyasi qüvvələrlə qapalı görüş keçirib - DETALLAR

Keşiş Baqrat siyasi qüvvələrlə qapalı görüş keçirib - DETALLAR

Dünya

10 Sentyabr 2024, 11:16

Ermənistanda “Vətən uğrunda Tavuş" hərəkatının nümayəndələri bəzi siyasi qüvvələrlə qapalı formatda görüşüblər.

 

Modern.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

 

"Arxiyepiskop Baqrat Qalstanyan siyasətçilərdən dəstək gözləyir və onlardan sentyabrın 22-də İdman-Konsert Kompleksində keçiriləcək geniş toplantıda mütləq iştirak etməyi xahiş edib. Qeyd olunub ki, bu gün onlar öz proqramlarını, aksiyalarını təqdim edəcəklər, hər kəs öz suallarına cavab alacaq", - məlumatda deyilir.

 

"O, aktiv aksiyaların sentyabrın 23-də başlayacağını qeyd edib, lakin bunların dinc itaətsizlik aktları və ya başqa bir şey olacağını dəqiqləşdirməyib. Toplantıda iştirak edən siyasətçilərin sayı kifayət qədər az olub", - nəşr yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir