Modern.az

Bakı-Şamaxı-Yevlax yolu qismən BAĞLANIR

Bakı-Şamaxı-Yevlax yolu qismən BAĞLANIR

10 Sentyabr 2024, 11:40

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.

 

Modern.az xəbər verir ki, sürücülərdən qeyd olunan müddətdə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi