Modern.az

Paşinyanın Göyçədəki malikanəsi: baş nazir qonaqlıq verdi - FOTO

Paşinyanın Göyçədəki malikanəsi: baş nazir qonaqlıq verdi - FOTO

Dünya

10 Sentyabr 2024, 12:30

Ermənistan mətbuatı Göyçə gölünün (Sevan) sahilində yerləşən hökumət malikanəsinin şəkillərini yayıb.

Modern.az xəbər verir ki, mətbuatın məlumatına görə, baş nazir Nikol Paşinyan bu günlərdə həmin malikanədə hakim “Mülki Müqavilə” partiyasının üzvlərinə qonaqlıq verib.

Tədbirdə deputatlar və hökumət üzvləri ilə yanaşı, icma rəhbərləri də iştirak edib.

Nikol Paşinyan qonaqlarına malikanəni gəzdirib: hamamı, tualeti, kababxananı və digər otaqları göstərib. Sona ziyafət masası arxasında əyləşiblər. Tədbirə DJ dəvət olunub və partiya üzvləri rəqs edib əyləniblər. Paşinyan və partiyadaşları Sevan gölündə qayıqla gəzintiyə çıxıblar. O, komanda yoldaşlarına hər şeyin qaydasında olduğunu, narahat olmağa əsas olmadığını göstərməyə çalışıb.

 

1378356

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir