Modern.az

Gorus şəhərinin meri həbs olundu

Gorus şəhərinin meri həbs olundu

Qərbi Azərbaycan

10 Sentyabr 2024, 13:44

Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Ümumi yurisdiksiya məhkəməsi hakim Varsenik Melkonyanın sədrliyi ilə Gorus şəhərinin meri Aruş Aruşanyan barəsində  seçilmiş cəzasının həbslə əvəzlənməsi ilə bağlı Probasiya Xidmətinin vəsatətini qismən təmin edib.

 

Modern.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.
 

"Məhkum Aruş Aruşanyanın 5 il müddətinə yerli özünüidarəetmə vəzifəsi tutma hüququndan məhrum edilməsi cəzasını 1 il 8 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib", - sədr qeyd edib.

Əvvəllər dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtı nəzərə alsaq, Aruşanyan 1 il həbsdə qalmalı olacaq.
 

Məhkəmənin qərarından şikayət verilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu