Modern.az

Tarkanı Qubada dinləmək baha başa gələcək

Tarkanı Qubada dinləmək baha başa gələcək

6 Dekabr 2013, 20:03

Türkiyənin meqastarı Tarkanın dekabrın 31-də Qubada verəcəyi konsertə biletlərin qiymətləri məlum olub. Axşam.az  xəbər verir ki, Yeni il gecəsində iştirak etmək istəyənlər 2 növ bilet sifariş verə bilər.

Standart biletlərin qiyməti 350 manat, VİP bilet isə 500 manatdır. VİP bilet sahiblərinə özəl xidmət göstəriləcək. Tamaşaçılar gecə saat 11-də "Rixos Hotel"də qarşılanacaq. Saat 12-dək onlara pulsuz içki və soyuq qəlyanaltı masası təklif olunacaq.

Saat 12-də Yeni il atəşfəşanlığı başlayacaq və bundan sonra Tarkan səhnəyə çıxacaq.Müğənninin ifası saat 00:30-dan 02:30-dək nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır