Modern.az

Yaşar Güler gürcüstanlı həmkarı ilə GÖRÜŞÜB

Yaşar Güler gürcüstanlı həmkarı ilə GÖRÜŞÜB

Dünya

10 Sentyabr 2024, 15:26

Gürcüstanın müdafiə naziri İrakli Çikovani bu ölkədə səfərdə olan türkiyəli həmkarı Yaşar Gülerlə görüşüb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Acarıstan muxtariyyətinin paytaxtı Batumda Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilir.

 

Qeyd olunub ki, Çikovani Gülerlə ikitərəfli formatda əməkdaşlıq, o cümlədən hərbi təhsil imkanları, maliyyə və maddi-texniki yardım, beynəlxalq təlimlərdə birgə iştirak məsələlərinə toxunub.

 

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da Gürcüstanda səfərdədir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir