Modern.az

Kənar müdaxilələr İrəvanla Bakının dialoquna mane ola bilər - Erməni deputat

Kənar müdaxilələr İrəvanla Bakının dialoquna mane ola bilər - Erməni deputat

Dünya

10 Sentyabr 2024, 16:16

"Üçüncü ölkələrin müdaxiləsi İrəvanla Bakı arasında dialoqa mane ola bilər".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı, hakim fraksiyasının katibi Artur Hovhannisyan jurnalistlərə bildirib.

 

O deyib ki, bu birbaşa dialoqun uğurlu epizodları var.

 

"Amma təcrübə göstərir ki, bu regionda başqa maraqları olan digər regional dövlətlər söhbətə qarışanda bu, Ermənistan-Azərbaycan prosesinə mənfi təsir göstərə bilər", - erməni deputat söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir