Modern.az

Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında…

Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında…

Dünya

10 Sentyabr 2024, 17:22

Bu gün - sentyabrın 10-da Ərəb Dövlətləri Liqası Şurasının Qahirədə fövqəladə sessiyası keçirilir.

Modern.az xəbər verir ki, sessiyada rəsmi Ankara xarici işlər naziri Hakan Fidan səviyyəsində təmsil olunur.

Qeyd olunur ki, Türkiyə 13 illik fasilədən sonra ilk dəfə olaraq bu sessiyada iştirak edir.

Gündəmin mövzusu Qəzza məsələsi ilə yanaşı, Türkiyə ilə ərəb ölkələri arasında münasibətlər olacaq.
Körfəz ölkələri ilə əlaqələr də müzakirə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir