Modern.az

Mərkəzi Bank bu şirkəti cəzalandırdı - 50 min manat...

Mərkəzi Bank bu şirkəti cəzalandırdı - 50 min manat...

İqtisadiyyat

10 Sentyabr 2024, 17:38

Mərkəzi Bank "Prior Leasing” ASC-ni və onun vəzifəli şəxsini cərimə edib.

 

Bu barədə Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən lizinq şirkəti "Prior Leasing" ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI