Modern.az

Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək

Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək

Dünya

10 Sentyabr 2024, 17:44

Gürcüstan prezidenti Salome Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazır olduğunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, o, Fransanın “Le Figaro” nəşrinə müsahibəsində bunu bildirib.

 

“Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla, böyük məsuliyyət götürməyə hazıram. Təklif etdiyim Xartiya qüvvəyə minərsə, mən avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, - Zurabişvili söyləyib.

 

Qeyd edək ki, parlamentli respublika üsul-idarəsi sisteminə malik Gürcüstanda prezidentlə hökumət arasında kəskin fikir ayrılıqları var və siyasi qalmaqal hökm sürür. Ölkə 26 oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir