Modern.az

Azay Quliyev ATƏT rəhbərliyinə: “Qarabağ problemininin həllini ləngidən səbəbi müəyyənləşdirmisinizmi?”

Azay Quliyev ATƏT rəhbərliyinə: “Qarabağ problemininin həllini ləngidən səbəbi müəyyənləşdirmisinizmi?”

7 Dekabr 2013, 02:31

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Kiyevdə keçirilən Büro iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Büro üzvləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda diskussiya keçirilib. İclasda söz alan Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib ki, 20 ildir ATƏT-ə sədrlik edənlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar eyni bəyanatı verirlər:

"Siz də bu gün ümumi olaraq bu məsələyə toxundunuz. Amma bilmək istərdim ki, sizin sədrliyiniz dövründə münaqişənin həllini ləngidən səbəblərin nədən ibarət olduğunu müəyyən edə bildinizmi? Sizin bu barədə düşüncələriniz maraqlı olardı. Eyni zamanda, gələn ildən ATƏT-ə sədrlik edəcək İsveçrəyə nələri məsləhət görərdiniz ki, problemin tezliklə həlli üçün onları nəzərə alsın".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır