Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamenti Güney Azərbaycanda və Iranda bu həftə baş verən hadisələrlərin icmalını yayıb. Həmin icmalı təqdim edirik:
Qərbi Azərbaycan əhalisinin gəlirləri ən aşağı olan dörd vilayətdən biridir.
İran islam Cümhuriyyətinin ayri-seçkilik siyasəti Güney Azərbaycanda bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində də öz mənfi təsirini kəskin şəkildə göstərməkdədir.
“Qərbi Azərbaycan, əhalinin gəlirinə görə İran vilayətləri arasında 28-ci yerdədir,”-deyə Qərbi Azərbaycan vilayətinin yeni valisi Qurbanəli Səadət ötən illər vilayətin idarəetmə sistemini qeyri-münasib olaraq dəyərləndirib.
Cənab Səadət bu sözləri millət vəkilləri və yerli məsulların iştirakı ilə keçirilən təqdimat mərasimində deyib.
İran 31 vilayətə bölünüb. Qərbi Azərbaycanın 28-ci yerdə göstərilməsi vilayətin İranda əhalinin ən aşağı gəliri olan dörd vilayətdən biri olduğu deməkdir.
Əslən Urmiyənin Qarabağ kəndindən olan valinin sözlərinə görə, Qərbi Azərbaycan vilayətinin əsas problemləri yüksək işsizlik səviyyəsi, sənaye və sahibkarlıq sahəsində ləng inkişafla əlaqədardır.
Qeyd edək ki, Güney Azərbaycanın digər vilayətləri də aqtisadi baxımından elə Qərbi Azərbayxana oxşar vəziyyətdədirlər. Azərbaycan bölgələrində bu iqtisadi geriləmə İranda islam inqilabı baş verəndən sonra, səsləndirilən bütün ədalət şüarlarına rəğmən Pəhləvi dövrünü nisbətən biraz da şiddətləyib.Bütün bu ayrı seçkiliyə qarşı ,mili hüquq və azadlıqlarını tələb edən Soydaşlarımız rejimin ciddi təqib və təziqlərinə məruz qalmaqdadırlar.
Son zamanlar İranda yeni seçilmiş prezident Həsən Ruhani işə başlayan ilk günlərdən İranda qeyri fars millətlərə,özəliklə Güney azərbaycan türklərinə qarşı həbs,edam və işkəncələr dahada artıb.Aşağda qeyd olunalar bu həftə içərisində Güney azərbaycanda və İranda ictimai siyasi vəziyyətin qısa şərhlərini diqqətinizə təqdim edirik.
Milli-mədəni fəal İsrafil Sultanian Evin zindanının 209-cu bəndinə salınıb
Həbsdə olan güney azərbaycanlı milli-mədəni fəal İsrafil Sultanian Evin zindanının 209-cu bəndinə salınıb. O, 3 gün ETTELAAT idarəsində soruşdurulandan sonra Evin zindanına aparılıb.
Qeyd edək ki, İsrafil Sultanian dekabrın 1-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Gülüstan şəhərinin ETTELAAT idarəsinə aparılıb. Məmurlar qanunsuz bir şəkildə milli-mədəni fəalın iş yerinə hücum edib və orda axtarış aparıblar. Axtarış nəticəsində fəala məxsus bir sıra kitablar, əlyazmalar və hətta türk dilinə tərcümə olunmuş Quran kitabı zəbt edilib.
“O, tasua günü Qarabağ qaçqınları və erməni daşnaklarının cinayətlərinə aid bildirilər yaydığına görə yaxalanıb”. Bu barədə məmurlar İsrafil Sultanianın həmkarlarına danışıblar.
Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal hər iki ayağından əlildir və əlillərə məxsus arabadan istifadə edir.
Güney Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi həbs edilib
R.Rəzəvi dekabrın 4-də Təbriz ETTELAAT idarəsinin məmurları tərəfindən tutuqlanıb.
Milli-mədəni fəal bundan öncə Təbrizin Azərbaycan meydanında çıxış etdiyinə görə saxlanılıb və işgəncə edilmişdir. O, 2011-ci il aprelin 2-də Urmu gölü böhranı ilə bağlı çıxışında, gölün nicatı üçün çayların üstündə tikilən səddlərin açılmasını tələb etmişdir.
ETTELAAT idarəsinin telefon əlaqələrinə reaksiya verməyən milli-mədəni fəal həmin ilin oktyabrıb ayında iş yerindən qayıdarkən qanunsuz bir şəkildə ETTELAAT məmurları tərəfindən yaxalanıb və saxlanılmışdır.
Həbsdə olan milli fəal Əli Səmədpurun sağlamlıq vəziyyəti ağırdır
Həbsdə olan Güney azərbaycanlı milli-mədəni fəal Əli Səmədpurun sağlamlıq vəziyyəti ağırdır. Fəal qanunsuz bir şəkildə tutulandan sonra rejimin məmurları tərəfindən soruşdurulma müddətində işgəncə edilib və bunun nəticəsində hətta qısa müddətə ürəyi də dayanıb. Hazırda Sarab zindanında həbsdə olan fəal miqren və qan təzyiqindən əziyyət çəkir. Fəala müalicə üçün həkimə müraciət etməyə icazə verilmir. Halbuki, o qan təzyiqini müalicə etdirmək üçün davamlı olaraq həkimə müraciət etməlidir.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Əli Səmədpur 2 il həbsə məhkum edilib.
Marağa zindanında onlarla məhbus aclıq aksiyasına başlayıb
Son həftələrdə Marağa zindanının ağır şəraiti və orda həbs cəzası şəkən məhbusların acınacaqlı durum mətbuatın gündəmindən düşmür.
Məlumata görə, Marağa zindanında təxminən 50 məhbus aclıq aksiyasına başlayıb. Onlar soyuq fəsilin başlanmasına rəğmən hələ də istilik sisteminin işləməməsi, zindanın natəmiz vəziyyəti və verilən keyfiyyətsiz yeməklərə etiraz edib və bildiriblər ki, istəkləri təmin olacağı günə qədər aclıq aksiyasını davam etdirəcəklər.
Həmçinin son günlərdə Marağa zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian bu barədə zindan məsullarına məktubla müraciət etmişdir. Milli-mədəni fəal, məsullara insanın yüksək məqamını və ona gərəkən hörməti xatırladaraq, onlardan istəmişdir ki, zindanın ağır şəraitinə diqqət ayırıb, istilik sistemi və təmizlik məsələlərinə yetirsinlər.Azərbaycanli fəal insana və məhbusa hörmətin gərəkdiyini din öncüllərinin (peyğəmbər və imamlar nəzərdə tutulur) sifarişi olduğunu və bununda Qurana söykəndiyini vurğulamışdır.Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian keçən il qışda həbs olunub. O, zəlzələ bolgəsində evsiz əhaliyə yardım toplayıb çatdırdığı üçün 1 il həbsə məhkum edilib. O zindanda rejimin məhkəməsinin ədalətsiz hökmünə etiraz olaraq dodaqlarını tikib aclıq aksiyası da keçirib. Bir müddət öncə vəsiqəqarşılığında zaminə buraxılan fəal sonra İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məmurları tərəfindən tutulub və əlavə 1 il həbsə məhkum edilib. Milli-mədəni fəal hazırda Marağa zindanındadır.
İran rejimi daha 4 nəfər ərəb milli fəalı gizli şəkildə edam edilib
İranda Qeyri Fars millətlərin milli azadlıq hərəkatı gücləndikcə hakim molla rejimi edamların sayını artırır.Qondarma itihamla İranın Xuzistan (Ərəblər) vilayətində daha 4 ərəb milli fəalı gizli şəkildə edam edilib.
Məhbuslar noyabrın 3-də Əhvaz şəhərinin Karun həbsxanasından naməlum yerə köçürülüblər. Əl Əhvaz Azadlıq hərəkatının fəaları,Qazi Abbasi, Abdulrza Əmirxanafərəh, Əbdüləmir Məcdomi və Casim Müqəddəmpənahdır.
Onlar Əhvaz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Əli Fərhadvənd tərəfindən Allaha qarşı müharibə aparmaq və yer üzündə fəsad törətmək ittihamları ilə edam cəzasına məhkum ediliblər. Qərar 2011-ci ilin fevral ayında İran Ali Məhkəməsinin 32-ci şöbəsinin hakimi Rza Fərəcullahi tərəfindən də təsdiqlənib. Onların ötən ay edam edildiyi ehtimal olunur.
Xatırlasdaq ki,qərb dövlətlərin bəziləri son zamanlar İranın üzdə liberallaşmasına aladanaraq bu cinayətkar rejimin demokratlaşmasını gözləyirlər və ümid edirlər ki,İranın yeni prezidenti Həsən Ruhani o ölkəni liberallaşdıracaq lakin yuxarıda qeyd olunanları nəzərə alasaq görərik ki,iran rejimi beynəlxalq müstəvidə özünü liberallaşmış göstərsədə ölkə daxilində çox ciddi formada insan haqlarının pozuntusu artmaqdadır.
Qərb ölkələrilə barşıq məsələsinə gəldikdə isə İran mənbələrimizin və siyasi təhliçilərin bildirdiyinə görə İran hakimiyyəti daxilində qərblə nüvə danışıqlarına kölgə salan prseslər başalyıb.
Iran hakimiyyətində çoxluq təşkil edən mühafizəkarlar və radikal düşərgələr ilk gündən qərblə hər hansı bir barışıqı qəbul etməyəcəklərini bildirib və bu danışıqlarda iranı aldadıcı vədlərlə yolundan caydırmaq hədəfləri olduqunu bildiriblər və son günlərdə bu məslə dahada ciddi formada gündəmə gəlib.
SEPAH rəsmisi Cenevrə müqaviləsinin pozula biləcəyindən danışıb!
Qərb ölkələri və xüsusən də ABŞ Cenevrə müqaviləsinin şərtlərinə hörmətsizliklə yanaşsa İslam respublikası nüvə proqramına dair əldə etdiyi razılığı poza bilər.
Bu barədə ötən gün mətbuata İran İnqilab Mühafizləri Ordusunun komandanı general-mayor Məhəmməd Əli Cəfəri açıqlama verib.
İran mətbuatının yaydığı məlumata görə, general əgər qarşı tərəf verdiyi vədlərə əməl etməsə və öhdəsinə düşən vəzifələri yerinə yetirməsə İran rəsmilərini “altılıq ölkələri” ilə imzaladığı Cenevrə müqaviləsini pozmağa çağırıb.
General Cəfərinin fikrincə, İranın belə bir addım atmasına səbəb müqavilənin şərtlərinin bu və ya digər formada pozulması, rəsmi Tehranın nüvə haqlarına müdaxilə olunması və ya razılığın birtərəfli və ya qərəzli icrası ola bilər. Sepah komandanı onu da vurğulayıb ki, son günlər Ağ Ev İran verdiyi öhdəliklərə əməl etməsə ona qarşı güc tətbiq ediləcəyini istisna etmir və rəsmi Tehran bunu unutmamalıdır.
Bununla yanaşı Amerika Konqresinin silahlı qüvvələr komitəsinin üzvü Danken Hanter konqeredə çixış edərək bildirib ki, İranın nüvə fəaliyyətini dayandırmaq üçün yeganə yol orada olan bütün nüvə təsisatları bombalnmalıdır İran rejimilə hərhansı danışıq vaxt itkisindən başa bir nəticə gözləmək sadəlövlükdür.Konqresmən əlavə edib ki,İran bu danışıqlara razılaşmasının səbəbləri bunlardan ibarətdir,ölkəyə qoyulmuş sanksiyalrı aradan qaldırmaq və nüvə silahı əldə etmək üçün vaxt qazanmaqdır.
Bütün bunlarda belə nəticə çıxarmaq olar ki,nə İran rejimi nədə qərb dövlətləri bu anlaşmalara şübhəilə yanaşırlar və bütün tərəflər əldə olan razılıqların əməl olunmasına tam əmin deyirlər.
MDHP Güney Azərbaycan Departamenti