Modern.az

Teylor Svift Kamala Harrisə dəstəyini AÇIQLAYIB

Teylor Svift Kamala Harrisə dəstəyini AÇIQLAYIB

Dünya

11 Sentyabr 2024, 11:12

Qlobal pop ikonası Teylor Svift Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib.

 

Modern.az xəbər verir ki, Svift Harrisin rəqibi Donald Trampla debatından sonra instaqramda yazıb:

 

"Hesab edirəm ki, o, özünə güvənən və istedadlı bir liderdir və inanıram ki, əgər bizi xaosdan çox sakitlik idarə edərsə, bu ölkədə daha çox şeyə nail ola bilərik".

 

Müğənni Harrisin Tim Valzı potensial vitse-prezident kimi seçmək qərarını da yüksək qiymətləndirərək, onun LGBTQ+ hüquqları və qadının öz bədəninə sahiblik hüququ uğrunda onilliklər ərzində mübarizə apardığını qeyd edib.

 

Svift öz pişiyi Benjamin Buttonla çəkdirdiyi şəkli əlavə edib. 3 saat ərzində Sviftin paylaşımı 5 milyondan çox bəyənmə toplayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir