Modern.az

ABŞ səfirliyi: Azərbaycanın dəstəyini hər zaman qiymətləndirəcəyik

ABŞ səfirliyi: Azərbaycanın dəstəyini hər zaman qiymətləndirəcəyik

11 Sentyabr 2024, 12:08

ABŞ-nin Azərbaycandakı səfirliyi 2001-ci il 11 sentyabr terror aktlarında həlak olanların xatirəsini yad edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

 

“Bu gün səfir Mark Libbi və ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları Nyu-Yorkda törədilən 11 sentyabr 2001-ci il terror aktlarının 2977 günahsız qurbanının xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar. ABŞ tariximizin bu faciəli anında bizimlə birlikdə olan və yardım təklif edən Azərbaycanın dəstəyini həmişə qiymətləndirəcək”, - paylaşımda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi