Modern.az

Nizaməddin Quliyevin işində adı hallanan bağça müdiri məhkəməyə VERİLDİ

Nizaməddin Quliyevin işində adı hallanan bağça müdiri məhkəməyə VERİLDİ

Ölkə

11 Sentyabr 2024, 15:20

Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Afaq Fatapur məhkəməyə verilib.

 

Modern.az-ın məlumatına görə, uşaq bağçasının işçisi olmuş Aynur Rəhimova direktor barəsində əmək mübahisələri səbəbi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edib.

 

O, işə bərpa və əmək haqqı tələbi edir. İşə hakim Zamiq Rəsulovun sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, Afaq Fatapurun adı Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində hallanıb.

 

RİH-in başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova istintaqa verdiyi ifadəsində Nizaməddin Quliyevin tapşırığı ilə Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat rüşvət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI