Modern.az

ABB-də səhm satışı başa çatıb: investorların sayı açıqlandı

ABB-də səhm satışı başa çatıb: investorların sayı açıqlandı

İqtisadiyyat

11 Sentyabr 2024, 16:16

10 sentyabr 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinə abunə yazılışı başa çatıb.

Modern.az xəbər verir ki, bankın ilkin məlumatına görə, ABB-nin səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
 

“Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq. Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq”, - bankın məlumatında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI