Gürcüstan və Yunanıstan sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında saziş imzalayıblar.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, müqavilə müvafiq hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.
Gürcüstan İspaniya ilə də analoji müqavilə imzalayıb. Buna əsasən, bir ölkədə verilmiş etibarlı vəsiqə sahibləri nəzəri və ya praktiki imtahan vermədən qanuni yaşadıqları digər dövlətdə eyni qüvvədə olan sürücülük vəsiqəsi ala biləcəklər.