Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomarev qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə - terrorizmə və "hərbi saxtakarlığa" bəraət qazandırmaqda təqsirləndirilən Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarevi 10 il müddətinə azadlıqdan məhrum edib.
İttiham tərəfi onun üçün qiyabi 14 il istəmişdi.
Prokurorluq Ukraynada yaşayan və Rusiya hakimiyyətinə qarşı silahlı mübarizəyə çağıran keçmiş deputatın hansı “saxtakarlıq” etdiyini açıqlamayıb.
Ponomarevin “terrorçuluq fəaliyyətinə necə haqq qazandırdığı” da dəqiqləşdirilməyib.