Modern.az xəbər verir ki, İstanbulda “Böyük İpəl Yolu” Beynəlxalq Gənclər İttifaqının dəstək verdiyi “ gənc iş adamlarının beynəlxalq konqresi” işinə başlayıb. Müstəqil Sənayeçi və İş adamları Dərnəyi – MÜSİAD-ın rəhbərliyi ilə Halic Konqre Mərkəzində keçirilən toplantıya dünyanın 50 ölkəsindən olan gənc iş adamları iştirak edib. “Böyük İpək Yolu” BGT toplantıya 25 dövlətdən olan gənc nümayəndləri ilə qatılıb.
Tədbirdə Türkiyənin iqtisadiyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı üzrə naziri Egemen Bağış, Azərbaycan Milli Məclisinin deputatı, “Böyük İpək Yolu” BGT-nin sədri Fuad Muradov, İslam İnkişaf Bankının katibi Xaled Abodi, MÜSİAD prezidenti Nail Olpak iştirak edib.
Avropa İttifaqı üzrə nazir Egemen Bağış çıxışında İstanbulu mədəniyyətlərin birləşmə nöqtəsi adlandıraraq müxtəlif ölkələrdən gəlmiş gənc iş adamları üçün bu konfransın mühüm olduğunu vurğulayıb. E. Barış Türkiyənin son zamanlar Avropa İttifaqı ilə apardığı viza müzakirələrinin uğurlu nəticələrini qeyd edərək bildirib ki, bu addım gənc sahibkarlara böyük şanslar verir.
E. Barış vurğulayıb ki, Avropa artıq Türkiyənin enerji məsələsində rolunun mühüm olduğunu dərk edib. Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib ki, ölkəsi həm demokratik, həm də iqtisadi standartlarını yükslədib. Nazirin sözlərinə görə, Türkiyə artıq dünya iqtisadiyatında önəmli yerlərə çıxıb. Nazir müsəlman ölkələri ilə iqtisadi əlaqələri genişləndirməyin vacib olduğunu vurğulayıb. Z. Çağlayan İslam Könfransı ölkələri arasında ticarət münasibətlərinin gücləndirməyə çağırıb.
Toplantıda gənc sahibkarlar üçün biznes risqləri ilə bağlı müxtəlif mövzularda panel müzakirələr təşkil edilib. “Böyük İpək Yolu” BGT –nin “Gənc Sahibkarlar Şəbəkəsi” layihəsi təsisi ilə bağlı fikir mübadiləsi aparılıb.
Modern.az