Müsavat Partiyası Sabirabad təşkilatının rəhbərlərindən biri Azər İsmayil polisə çağırılıb. Modern.az xəbər ki, bu barədə məlumatı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. Arif Hacılı sözlərinə görə, səhər saatlarında sahə müvəkkili Azər İsmayılın yaşadığı evə gələrək onunla birlikdə Sabirabad polis idarəsinə getməyi tələb ediib: “Polisə çağırılmanın səbəbləri bilinmir. Müsavat Partiyasının fəal üzvlərindən olan Azər İsmayıla qarşı polis tərəfindən təzyiqlər artıq adi hala çevrilib”.
***
Müsavat Partiyası Sabirabad rayon təşkilatının rəhbərlərindən biri Azər İsmayil sərbəst buraxılıb. Modern.az-ın məlumatına görə, A.İsmayıl 8 dekabrda mitinq keçirməklə bağlı çağırışlar etdiyinə görə polisə çağırılıb. Polis idarəsində ondan bu çağırışları dayandırmaq tələb olunub. A.İsmayılın izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Modern.az