Modern.az

Mənzil bazarında qiymətlər yüksək olsa da, alıcılıq artıb

Mənzil bazarında qiymətlər yüksək olsa da, alıcılıq artıb

7 Dekabr 2013, 13:05


Daşınmaz əmlak məsələləri üzrə ekspert, “M.B.A LTD” şirkətinin rəhbəri Nüsrət İbrahimov Modern.az-a açıqlamasında daşınmaz əmlak bazarında qiymət artımını şərh edib:

 “2013-cü ilin noyabr ayı ərzində mənzil bazarında qiymətlərin yüksək olmasına baxmayaraq, aktivlik artıb, təklif portfelində bahalı evlərin payı 2,69% azalıb, ümumi portfeldə ucuz evlərin payı isə -56,38%-dən artaraq 56,89% təşkil edib və ya qiymətlərdə nisbi artımın bir hissəsi təklif portfelində struktur dəyişikliyin hesabına baş verib. Bazar indeksləri aktivliyə uyğun dəyişmiş, son bir neçə ay davam edən qiymət artımı noyabr ayında da 1,42% artımla qeydə alınıb. Təkrar yaşayış mənzil bazarında mənzillərin satış qiymətinin artım meylləri noyabr ayında aktivliyin nəticəsi kimi yox, məhz əvvəlki aylarda qiymət artımının davamı və ilin sonuna ehtimal olunan gözləntilərin nəticəsi kimi baxmaq olar. Mənzillərin satış qiymətlərinin artması ilə yanaşı, mənzil bazarında alqı-satqı əqdlərinin sayında da artım müşahidə olunmuşdur. Daşınmaz əmlak bazarındakı aktivliyin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı olduğunu demək olar”.

Ekspertin sözlərinə görə , mənzil bazarında ötən ay ərzində satış portfelində ucuz evlərin payı 56,89%, bahalı qiymətə satılan evlər isə 43,11% təşkil edib. Uyğun olaraq ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir.

Mənzil bazarında artan qiymətlər təkrar bazarla yanaşı ilkin mənzil bazarında da qeydə alınıb. Təkrar mənzil bazarında orta qiymət 1,42% artaraq 1791$/kv.m, ilkin mənzil bazarında isə 4,95% artaraq 1123$/kv.m təşkil edib.

N. İbrahimov bildirdi ki, ilin əvvəlindən torpaq bazarında aktivliyin aşağı olması qiymətlərin azalması ilə müşayiət olunub. Bazarda aktivliyin azalması isə tikintidə nəzarətin sərtləşməsinin nəticəsidir. Bazarda qiymətlər ilin əvvəlindən -6,7%, son ayda isə -2,53% azalaraq 17340$/sot təşkil edib.

Qanunsuz tikilən evlərlə bağlı məsələyə gəldikdə isə, Nüsrət İbrahimovun sözlərinə görə, onların sayını dəqiq demək çətindir. “Çünki onun uçotu hələ ki, heç bir qurum tərəfindən aparılmayıb. Məndə olan məlumata görə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaşayış sahələrinin elektron kadastr xəritəsi hazırlanır. Artıq Sumqayıt şəhərində və Bakının 2 rayonunda bu işlər tamamlanıb. Ölkə üzrə bu sənəd tam hazır olduqdan sonra yəqin bu sahədə də aydınlıq olacaq”.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır