Modern.az

Rusiya sərhədçilərini Ermənistandan çıxarır? - Zaxarova danışdı

Rusiya sərhədçilərini Ermənistandan çıxarır? - Zaxarova danışdı

Dünya

11 Sentyabr 2024, 22:56

Rusiya sərhədçilərinin Ermənistanda fəaliyyətini nizama salan əsas sənəd – Rusiya Federasiyasında sərhəd qoşunlarının statusu haqqında ikitərəfli saziş müddətsizdir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

 

O, Rusiya sərhədçilərinin artıq 30 ildən çoxdur Ermənistan Respublikasının sərhədini qoruduğunu və mövcudluğuna olan tələbatı dəfələrlə təsdiqlədiyini vurğulayaraq, sərhədçilərin Ermənistan ərazisini tərk etmələrinin bu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir