Modern.az

Ukrayna üçün 700 milyonluq YARDIM

Ukrayna üçün 700 milyonluq YARDIM

12 Sentyabr 2024, 00:41

ABŞ Ukraynaya enerji, humanitar yardım və minatəmizləmə sahələri üçün əlavə yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Ukraynaya səfəri zamanı Dövlət katibi Antoni Blinken Ukraynaya dəstəyin artırılması üçün əlavə 700 milyon dollarlıq yardım ediləcəyini elan edib.

 

Yeni yardım infrastrukturu bərpa etmək və minatəmizləmə əməliyyatlarına dəstək olmaq üçün ayrılır. Yeni paketin 325 milyon dolları enerji yardımına, 290 milyonu humanitar yardımı, 102 milyon dolları isə minatəmizləmə əməliyyatlarına sərf olunacağı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama