Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.
Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 12-15, günün ikinci yarısında 4-6 dərəcə isti olacağı gözlənilir.