Modern.az

Erməni keşiş Köçəryan və Sarkisyanla görüşdü - Aksiyaya hazırlıq gedir

Erməni keşiş Köçəryan və Sarkisyanla görüşdü - Aksiyaya hazırlıq gedir

12 Sentyabr 2024, 10:22

Ermənistandakı etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazan tədricən aktivləşir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keşiş Baqrat Srbazan siyasi qüvvələrin rəhbərləri, respublikanın ikinci və üçüncü prezidentləri ilə görüşüb.

Qiyamçı keşişin eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşdüyü barədə xəbəri erməni Telegram kanalları da yayıb.

Qeyd edək ki, keşiş Baqrat Srbazan sentyabrın 22-də İrəvan idman-konsert kompleksində böyük toplantı keçirməyə hazırlaşır.

Baqrat Srbazanın hələ ki Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanla görüşə nail olmadığı bildirilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi