Modern.az

Azərbaycanda uşaqlar pulsuz sünnət olunacaqlar

Azərbaycanda uşaqlar pulsuz sünnət olunacaqlar

Ölkə

12 Sentyabr 2024, 10:46

Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

 

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi