Dekabrın 6-da saat 03 radələrində Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girmiş 3 maskalı şəxs onu və ailə üzvlərini döyüb, bıçaq və tapança ilə hədələyərək, evdə olan pul və qızıl-zinaət əşyalarını tələb ediblər.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, maskalılar evdən 700 min rubl (21.200 dollar), 3.000 dollar və 50 min manat pul aparıblar.
Faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Qurban Qurqunayev Zaqatalada tanınmış diş həkimidir.