“Hörmətli müdafiə naziri Zakir Həsənov artıq deyəsən ona ilk günlər tez-tələsik imzalatdırılan bəzi əmrlərin yanlış olmasını başa düşüb”.
Modern.az-ın məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov belə deyib. Onun sözlərinə görə, səhra geyimlərində kəmər məsələsinə nəhayət ki qərar verilib.
“Döyüş bölgəsində xidmət keçən hərbçilər mütləq kəmər gəzdirəcəklər. Arxa cəbhədə xidmət keçənlərə isə kəmərsiz gəzmək icazəsi veriləcək. Ləğv edilmiş bir neçə hərbi hissə və idarələrin əməkdaşları çaşqınlıq içərisində qaldıqlarından, müdafiə nazirinə müraciət hazırlayıblar”.
Ü.Cəfərovun sözlərinə görə, ləğv edilmiş Mənzil İstismar İdarəsinin lahiyə-smeta şöbəsinin işinin hansısa mülki firmalara verilməsi qərarı təcrübəli insanlarda narazlılıq yaradıb.
“Axı hərbi sirr deyilən bir anlayış var. Bir neçə yüksək rütbəli zabitin yenidən öz vəzifələrinə bərpa edilməsinə qərar verib. Davamı gəlsin, cənab general. Ətrafınızı da məcbur edin ki, bir az aktiv çalışsınlar. Hadisələrin arxasınca deyil, onların önlənməsi, operativlik nöqteyi-nəzərdən lazım olan addımların atılması üçün bir qədər zəhmət çəksinlər.
Müdafiə nazirinin əmri ilə maliyə idarəsinə nəhayət ki, səlahiyyətli bir şəxs təyin edilib. Bu adam başqa qoşun birləşməsindən MN sisteminə gətirilib”-deyə Ü.Cəfərov bildirib.
Modern.az