Modern.az

Blinken Polşada səfərdədir

Blinken Polşada səfərdədir

Aktual

12 Sentyabr 2024, 13:12

ABŞ Dövlət katibi Antoni Blinken Polşanın paytaxtı Varşavada səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Varşavadakı səfirliyi “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

 

“Bu səfər ABŞ və Polşa arasında sıx və davamlı tərəfdaşlığı bir daha təsdiqləyir. Ukraynaya dəstəyimizə olan sadiqliyi vurğulayır”, - paylaşımda qeyd edilib.

 

Daha əvvəl ABŞ Dövlət Departamenti A.Blinkenin səfər zamanı Polşa hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşəcəyini və bir sıra məsələləri, o cümlədən müdafiə və energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə Ukraynaya hərbi dəstək kimi məsələləri müzakirə edəcəyini açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi